Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
Far.Az xəbər saytı

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib


Ağ Ev rəhbəri Donald Tramp süni intellektin gələcək inkişafının tərəfdarı kimi çıxış edərək bildirib ki, ABŞ bu sahədə liderliyini qoruyub saxlamalıdır.

"Far.Az" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ABŞ hazırda süni intellekt sahəsində Çini və digər ölkələri qabaqlayır, həmçinin bu üstünlüyü qoruyub saxlamaq niyyətindədir.

"Mən sənaye inqilabından və ya hətta internetin özündən daha miqyaslı olacaq bir texnologiyanın inkişafını ləngitmək fikrində deyiləm", - ABŞ lideri vurğulayıb.

Tramp deyib ki, ABŞ ehtiyatlı davranacaq, ölkənin Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanları isə zərurət yarandıqda vəziyyəti tənzimləmək üçün tədbirlər görəcəklər.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
UEFA Konfrans Liqası: "Zirə"nin "Payde" ilə matçda üstünlüyü davam edir - YENİLƏNİR-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər