Aslan Kərimov: "Sabah"ın "Slaviya"nı rahat məğlub edəcəyini düşünmək olmaz
Far.Az xəbər saytı

Aslan Kərimov: "Sabah"ın "Slaviya"nı rahat məğlub edəcəyini düşünmək olmaz


"Növbəti oyunumuzu artıq Bakıda, doğma meydanda keçirəcəyik. Qarşılaşacağımız "Slaviya Praqa" kifayət qədər yaxşı və təşkilatlanmış komandadır. Təbii ki, onu "Mançester Yunayted" və ya "Barselona" ilə müqayisə etmək olmaz, amma bu, rəqibin zəif olduğu və bizim rahat şəkildə qələbə qazanacağımız anlamına gəlmir".

Bunu Far.Az-ə açıqlamasında sabiq futbolçu və mütəxəssis Aslan Kərimov qarşıdakı oyunla bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, komandanın Çempionlar Liqasındakı ilk oyununa baxanda da onun potensialını görmək mümkündür:

"Slaviya Praqa" Fransa təmsilçisi "Lans"la qarşılaşmada azlıqda qalmasına baxmayaraq, hesabı dəyişməyi və qol vurmağı bacarmışdı. Görüşün son dəqiqələrinə qədər 2:1 hesabı ilə öndə olan komanda yalnız sonlara yaxın buraxdığı iki qolla məğlubiyyətlə üzləşdi. Bu da göstərir ki, "Slaviya" həm müdafiədə intizamlı oynaya, həm də azlıqda qalmasına baxmayaraq hücumda təhlükə yarada bilir.

Bakıda bizi yaxşı təşkilatlanmış və mübariz rəqibin gözlədiyini düşünürəm. Biz də "Mançester Yunayted"lə oyunda kifayət qədər qol imkanları yaratdıq. Təxminən 2-3 real qol şansımız oldu, lakin həmin epizodları qola çevirə bilmədik. "Slaviya Praqa" ilə qarşılaşmada belə imkanlardan daha səmərəli istifadə etməliyik".

A.Kərimov hesab edir ki, bu oyunda komandaların şansları təxminən 50-50-dir:

"Sabah"ın üstün tərəflərindən biri hücum potensialının olmasıdır. Doğma meydanda oynamağımız da bizə əlavə üstünlük verə bilər. Ancaq rəqibin də hücum imkanlarını nəzərə almaq lazımdır. Hər iki komanda irəli getməyi, hücum etməyi bacarır.

Bu cür qarşılaşmalarda əsas məsələ risklərlə düzgün davranmaqdır. Hücum edərkən top itkisinə yol versək və rəqibə sürətli əks-hücum imkanları yaratsaq, işimiz çətinləşə bilər. Əksinə, topa nəzarəti və müdafiə balansını qoruya bilsək, öz qol imkanlarımızı daha da artıra bilərik.

Ən vacib məqam isə yaradılan fürsətlərdən maksimum yararlanmaqdır. Çempionlar Liqası səviyyəsində keçirilən oyunlarda qol vurmadan qalib gəlmək çox çətindir. "Mançester Yunayted"lə görüşdə olduğu kimi, bu oyunda da qol imkanlarımız olacaq. Sadəcə həmin epizodlarda daha soyuqqanlı və dəqiq olmalıyıq. Qarşılaşmanın taleyini böyük ehtimalla məhz xırda detallar – bir top itkisi, bir əks-hücum, bir qol epizodunda düzgün qərar müəyyənləşdirəcək".

Qeyd edək ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.

Orxan Hüseyn

Oxşar xəbərlər

Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər