Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Azercell-in "Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026" sosial layihə müsabiqəsi çərçivəsində layihə təkliflərinin qəbulu davam edir.
Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları qadınların rəqəmsal həllər vasitəsilə iqtisadi və sosial imkanlarının genişləndirilməsinə, eləcə də onların ölkənin sosial və iqtisadi həyatında daha fəal iştirakına töhfə verəcək layihələri ilə müsabiqəyə qoşula bilər.
Müsabiqədə qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən, inklüziv imkanlar yaradan və rəqəmsal həllərin tətbiqini nəzərdə tutan layihələrə üstünlük veriləcək. Layihələrin geniş auditoriyanı əhatə etməsi, davamlı nəticələr yaratması və uzunmüddətli sosial təsir potensialına malik olması da əsas seçim meyarları sırasındadır.
Layihələr müvafiq sahələr üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin qaliblərinə layihələrin həyata keçirilməsi üçün 7 000 AZN-dək maliyyə dəstəyi göstəriləcək.
Təşkilatlar layihə təkliflərini 30 sentyabr 2026-cı il tarixinədək Azərbaycan dilində təqdim edə bilərlər. Müraciət zamanı layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan büdcənin detallı bölgüsünün də əlavə edilməsi tələb olunur.
Layihə təkliflərini təqdim etmək üçün müraciət formasından istifadə etmək mümkündür.
Qeyd edək ki, Azercell sosial layihə müsabiqəsini 2022-ci ildən həyata keçirir. Bu günədək şirkət ölkədə müsbət dəyişikliklərə töhfə verən və müxtəlif sosial məsələlərin həllinə yönəlmiş 10 layihəyə dəstək göstərib.
Oxşar xəbərlər
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb













