Kəmaləddin Heydərov Qırğızıstan səfiri ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə görüşüb.
"Far.Az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazir Kəmaləddin Heydərov iki ölkə arasında mövcud dostluq və qardaşlıq əlaqələrindən məmnunluqla bəhs edib. Ortaq köklərə malik iki xalqın tarixi və mədəni yaxınlığına, ümumi dəyərlərə, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun siyasi üzaqgörənliyi və müdrikliyi sayəsində strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini xatırladıb.
Bu çərçivədə iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında genişlənən əlaqələrə toxunan nazir, ölkə Prezidentinin müvafiq tapşırıqlarına uyğun olaraq 2015-ci ildə Oş vilayətində baş vermiş güclü zəlzələdən sonra Azərbaycan FHN tərəfindən Qırğızıstana humanitar yardımın çatdırılmasını, ötən il Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinə təmənnasız olaraq maddi-texniki yardımın göndərilməsini iki ölkə arasında qardaşlıq həmrəyliyinin daha bir təzahürü kimi dəyərləndirib. Bunun qurumlararası xoşməramlı münasibətlərin inkişafına təkan verdiyini qeyd edib.
Nazir Qırğızıstan FHN ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, mülki müdafiə, mütəxəssislərin hazırlanması, peşəkar təcrübə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Bununla bağlı Qırğız Respublikasının Bakıdakı Səfirliyinin səylərini davam etdirəcəyinə əminliyini bildirib.
Səfir Maksat Mamıtkanov Azərbaycan və Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinin davamlı inkişafından məmnunluq ifadə edib.
Bu çərçivədə səfir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydasını vurğulayıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb













