Türkiyədə məktəbə silahlı hücum edən şübhəlinin anası, atası, babası SAXLANILDI
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb binasının qarşısında silahlı hücum baş verib. Hadisə nəticəsində 2-si ağır olmaqla 11 şagird yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlama verib.
Nazirin sözlərinə görə, hücumu törətməkdə şübhəli bilinən azyaşlı qısa müddətdə saxlanılıb. Hadisə ilə bağlı Turqutlu Baş Prokurorluğu tərəfindən genişmiqyaslı araşdırmaya başlanılıb və istintaqa iki prokuror cəlb olunub.
Araşdırma çərçivəsində şübhəlinin anası və atası, həmçinin hücumda istifadə olunan silahla əlaqəsi müəyyən edilən babası da saxlanılıb.
Hazırda silahın azyaşlının əlinə necə keçdiyi, onun necə saxlanıldığı, valideynlərin uşağa nəzarət və qayğı öhdəliklərini yerinə yetirib-yetirmədiyi araşdırılır.
Bundan başqa, hadisədən əvvəl şagirdlər arasında həmyaşıd zorakılığı yaşandığı ilə bağlı iddialar da istintaq çərçivəsində yoxlanılır. Səlahiyyətli qurumlar yaralanan şagirdlərin vəziyyətini də nəzarətdə saxlayır.
***10:56
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda silahlı insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Manisa Valiliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı hüquqi və inzibati araşdırmalara başlanılıb.
İnsident nəticəsində ilkin məlumata görə, 1 şagird həyatını itirib, 4 nəfər isə yaralanıb.
Hadisənin digər təfərrüatları araşdırılır.
***10:36
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum baş verib.
BAKU.WS "A Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib, daha 4 nəfər yaralanıb.
Məlumatı Turgutlu Bələdiyyə sədri Çetin Akın təsdiqləyib.
Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar davam etdirilir.
***10:01
Türkiyədə məktəbə silahlı hücum olub.
BAKU.WS NTV-yə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Turqutlu rayonunda baş verib.
Məlumata görə, silahlı hücum nəticəsində yaralananlar var.
Hücum nəticəsində 4 şagirdin yaralandığı bildirilir.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Türkiyədə liseyə silahlı hücum olub, 11 şagird yaralanıb, hadisəni törədən şəxs saxlanılıb - YENİLƏNİB-4
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
FHN şagird və müəllimlərlə təlim keçirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb













