Serbiyanın təhsil naziri məktəblərin siyasi platformaya çevrilməməli olduğuna diqqət çəkib
Far.Az xəbər saytı

Serbiyanın təhsil naziri məktəblərin siyasi platformaya çevrilməməli olduğuna diqqət çəkib


Məktəb bilik əldə edilən yer olaraq qalmalıdır, siyasi fəaliyyətlər üçün platformaya və partiya təbliğatının aparılacağı məkana çevrilməməlidir.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın təhsil naziri Dejan Vuk Stankoviç Kruşevatsda yerli Məktəb İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin direktorları ilə keçirilən görüşdə bildirib.

Nazir qeyd edib ki, məktəblər tədrislə yanaşı, tərbiyəvi funksiyasını da bərpa etməlidir:

"Bu prosesdə ən mühüm məsuliyyət təhsil işçilərinin üzərinə düşür. Məktəb biliklərin mənimsənildiyi, bacarıqların inkişaf etdirildiyi və şagirdlərdə motivasiyanın artırıldığı məkan olmalıdır".

D.V.Stankoviç əlavə edib ki, rəqəmsallaşma və süni intellekt mühüm əhəmiyyət kəsb etsə də, təlim-tərbiyə prosesini istiqamətləndirən və mənəvi dəyərləri aşılayan əsas fiqur məhz müəllimdir.

Nazir həmçinin "Təhsil və tərbiyə sisteminin əsasları haqqında" yeni qanunun qəbulunun məktəblərin daha səmərəli və məsuliyyətli fəaliyyət göstərməsinə hədəfləndiyini vurğulayıb.

Xatırladaq ki, Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 9-da parlamentin buraxılması və oktyabrın 25-də növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. A. Vuçiç bununla yanaşı, sentyabrın 27-də istefa verəcəyini açıqlayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər