Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib
Far.Az xəbər saytı

Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib


Xankəndi şəhərində sentyabrın 18-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin "İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar" mövzusunda V görüşü keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, tədbirdə TDT-yə üzv dövlətlərin aidiyyəti qurumlarının rəhbər və nümayəndələri iştirak edirlər.

Görüşdə rəqəmsal transformasiya və süni intellektin insan resurslarının inkişafına təsiri, insan resurslarının idarə edilməsində yeni yanaşmalar, müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılması, eləcə də TDT-yə üzv dövlətlər arasında bu istiqamətdə təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda insan resurslarının inkişafı, dövlət qulluğunda müasir idarəetmə mexanizmlərinin tətbiqi, rəqəmsallaşma və süni intellektdən istifadə istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.

Daha sonra TDT-yə üzv Türk dövlətlərinin aidiyyatı qurumlarının rəhbərləri çıxış ediblər. Çıxışlarda Xankəndidə belə bir mühüm tədbirin keçirilməsinin əhəmiyyəti vurğulanıb, iştirakçılar şəhərdə olmaqdan məmnunluqlarını ifadə ediblər.

Qeyd olunub ki, rəqəmsal texnologiyaların sürətli inkişafı əmək bazarına və insan resurslarının idarə edilməsinə yeni tələblər formalaşdırır. Bu baxımdan üzv dövlətlər arasında təcrübə mübadiləsinin aparılması, qabaqcıl yanaşmaların öyrənilməsi və gələcəyin əmək bazarına uyğun kadr potensialının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Görüş çərçivəsində TDT-yə üzv dövlətlərdə insan resurslarının inkişafı, rəqəmsal transformasiya və süni intellekt sahəsində görülən işlərə dair təqdimatlar keçirilir, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər