Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək
Azərbaycanda 100 mindən çox beş yaşlı uşaq üçün məktəblərdə məktəbəhazırlıq qrupu xidməti fəaliyyət göstərəcək.
"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində məlumat verib.
Onun sözlərinə görə, bu say beş yaşlı uşaqların 93 faizini əhatə edir: "Bu prosesin qəbulu aparılır. Həmçinin ucqar kənd məktəblərində də məktəbəqədər təhsil ön plandadır. Bu il həmin uşaqlar üçün 34 minə yaxın yer ayrılıb".
MÜTDA sədri bildirib ki, növbəti illərdə əsas hədəflərdən biri əhatəliliyin artırılması, tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və onların əməyinin stimullaşdırılması olacaq:
"Ümumi təhsilə gəldikdə isə burada əsas istiqamətlərdən biri məzmun və təhsil proqramlarının dəyişdirilməsi, eyni zamanda müəllimlərin peşəkarlığının artırılması, seçimi və sertifikatlaşdırılması olacaq. İnsan resursları istiqamətində əsas fəaliyyətlərimizdən biri də məhz bu məsələlərdir. Növbəti məsələ isə ümumi təhsil müəssisələrində direktorların və digər idarəçilərin formalaşdırılması, onların işə qəbul mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Bu da ümumi təhsilin qarşısında duran əsas hədəflərimizdən biri olacaq".
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb













