Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY
"Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları uzun illər ərzində davam edib. Azərbaycan torpaqlarının işğal altında saxlanılması, xalqımıza qarşı ağır cinayətlərin törədilməsi və işğal siyasətinin həyata keçirilməsi müəyyən qüvvələrin dəstəyi ilə mümkün olub. Ermənistan öz məqsədlərinə çatmaq üçün beynəlxalq hüququn prinsiplərinə zidd olaraq hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. Lakin bütün bunların Ermənistanın təkbaşına həyata keçirə biləcəyi proses olmadığı da aydın idi. Bu siyasətin arxasında müxtəlif xarici qüvvələrin dəstəyi dayanırdı".
Bunu BAKU.WS-ə Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, işğal nəticəsində formalaşdırılmış status-kvonun qorunub saxlanılmasında maraqlı olan Ermənistan hər dəfə danışıqlar prosesindən yeni vaxt qazanmaq vasitəsi kimi istifadə etməyə çalışırdı:
"Azərbaycan Prezidenti cənab İlham Əliyev isə bu reallığı aydın şəkildə görərək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrasını təmin etdi. Azərbaycan diplomatiyasının mühüm nəticələrindən biri də illərlə fəaliyyət göstərmiş ATƏT-in Minsk Qrupunun faktiki olaraq tarixə qovuşması oldu.
Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra danışıqlar prosesində vəziyyət daha da mürəkkəbləşdi. Onun səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" ifadəsi Ermənistanın mövqeyini açıq şəkildə ortaya qoyurdu. Buna cavab olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev "Qarabağ Azərbaycandır və nida işarəsi!" bəyanatı ilə Azərbaycanın qəti və dəyişməz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı.
Ermənistan tərəfindən irəli sürülən "yeni müharibə, yeni ərazilər" yanaşması isə vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Bunun ardınca Ermənistanın təxribat xarakterli addımları davam etdi. Yaxın Şərqdən gətirilən erməniəsilli insanların işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilməsi də bu siyasətin tərkib hissəsi kimi həyata keçirilirdi.
Tovuz istiqamətində baş verən hərbi təxribatlar Ermənistanın pozucu siyasətinin növbəti göstəricisi idi. Tovuz döyüşlərindən sonra Ermənistanın Azərbaycana qəbuledilməz şərtlər irəli sürməsi də gərginliyi daha da artırdı. Bütün bu proseslər Azərbaycan cəmiyyətində onsuz da yüksək olan narazılığı daha da gücləndirdi. Nəticədə Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün ərzində Azərbaycanın tarixi zəfəri ilə başa çatdı".
Siyasi ekspert əlavə edib ki, müharibədən sonra da Ermənistan üçtərəfli bəyanatın müddəalarını müxtəlif formalarda pozmağa davam edirdi:
"İşğal olunmuş ərazilərdən geri çəkilərkən flora və faunaya ziyan vurulması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunmasına dair razılaşmaların icrasının ləngidilməsi bu yanaşmanın nümunələri idi.
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin minalanması kifayət etmirmiş kimi, sonrakı mərhələdə də ərazilərimizdə yeni minalar yerləşdirilirdi. 2022-ci ildə Sarıbaba istiqamətində aparılan əməliyyat zamanı 2021-ci ildə Ermənistan istehsalı olan minaların aşkarlanması bunun konkret sübutlarından biri idi. Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaradılması ilə bağlı səsləndirilən çağırışlar da Ermənistanın növbəti pozucu addımları sırasında yer alırdı.
Bununla yanaşı, Nikol Paşinyan hakimiyyəti qondarma rejimə maliyyə və siyasi dəstək göstərir, həmin təsisata təbrik məktubları göndərirdi. Ruben Vardanyanın Qarabağa gəlməsi də regiondakı proseslərdən Ermənistan rəhbərliyinin xəbərsiz olmadığını göstərən məqamlardan biri kimi təqdim edilirdi. Məqsəd isə erməniəsilli sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaq idi.
Azərbaycan dövləti bu məsələdə mövqeyini dəfələrlə açıq şəkildə ifadə etmişdi. Azərbaycan rəhbərliyinin terrorla hədələnməsi isə qəbuledilməz idi. Bununla yanaşı, Praqa görüşlərindən sonra Nikol Paşinyanın Şarl Mişelə qondarma təsisatın məktublarını çatdırması da Ermənistanın mövqeyində ziddiyyətlərin olduğunu göstərən addımlardan biri kimi qiymətləndirilirdi".
Ş.Həsənova qeyd edib ki, bütün bu məsələlərin beynəlxalq gündəmdə saxlanılması və bunun vasitəsilə Azərbaycana təzyiq göstərilməsi cəhdləri də davam edirdi:
"Qondarma rejimin müstəqillik bəyannaməsinin qəbul edildiyi gün münasibətilə təbrik müraciətinin yayılması da Nikol Paşinyan hakimiyyətinin atdığı addımlardan biri idi. Bu addım Praqada əldə edilmiş razılaşmaların mahiyyəti ilə ziddiyyət təşkil edirdi.
Ermənistan hakimiyyətinin pozucu addımlarının bu gün də davam etdiyi müşahidə olunur. Bununla belə, keçdiyimiz bütün çətin mərhələlərə baxmayaraq, müəyyən konkret razılaşmalar əldə edilib. Mahiyyət etibarilə Azərbaycan qarşıya qoyduğu bir sıra məqsədlərə nail olub və bölgədə sülhün təmin olunması istiqamətində mühüm addımlar atılır.
Azərbaycan ərazisindən Ermənistan istiqamətində neft və neft məhsullarının daşınması da iqtisadi əlaqələrin inkişafına və Ermənistan iqtisadiyyatına müəyyən müsbət töhfələr verir. Ermənistan anlamalıdır ki, revanşizm meyillərini qorumaq, düşmənçilik ritorikasını gücləndirmək heç bir halda davamlı inkişaf və tərəqqiyə gətirib çıxara bilməz.
Nikol Paşinyan hakimiyyətinə yaxın mətbu orqanlarda sülh prosesinin yenidən kölgə altına salınmasına yönələn yanaşmalar isə prosesin qarşısında müəyyən siyasi maneələrin hələ də mövcud olduğunu göstərir.
Ermənistanın paytaxtı İrəvanda separatçıların iştirakı ilə yürüşün keçirilməsi, həmin aksiyada separatçı rejimin bayrağının qaldırılması və Azərbaycan əleyhinə şüarların səsləndirilməsi də diqqət çəkən məqamlardandır. Bu cür görüntülər Ermənistan cəmiyyətinin müəyyən hissəsində, eləcə də siyasi mühitdə sülh prosesinə münasibətdə ziddiyyətli yanaşmaların mövcudluğunu göstərir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Bakı-Ələt-Astara magistral yolunda yanğın olub













