Birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayılan qızla oğlan polisə çağırıldılar
Sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal RPİ-yə dəvət olunub.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.
O qeyd edib ki, bununla bağlı araşdırma aparılıb:
"Sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal RPİ-yə dəvət olunub. Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub".
*** 14:16
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qəbul olunan tələbələr ilə bağlı sosial şəbəkədə paylaşılan video narazılığa səbəb olub.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, videoda birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlədilib.
Belə ki, "TikTok" sosial şəbəkəsində "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələrini hədələyib, lazım gəldiyi təqdirdə onların üzlərinə fiziki xəsarət yetirəcəklərini bildiriblər.
Onlar qeyd ediblər ki, daha əvvəl də bu əməlləri törədiblər və aşağı kurs tələbələrinə "dərs vermək" üçün üzlərinə cızıqlar atıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, sözügedən məsələ ilə bağlı məlumatlıdırlar, hazırda bu istiqamətdə araşdırma aparılır.
Həmin videonun müəllifləri sonradan etdikləri müraciətdə görüntülərin düzgün təqdim edilmədiyini bildiriblər:
"Canlı yayımda keçən il olan söhbətlər edilirdi. O universitetdə keçən il nələr olduğu hamıya məlumdur. İndi hansı dövrdə yaşayırıq ki, kimsə-kiməsə təzyiq göstərsin. Əgər kimsə övladına düzgün tərbiyə verməyib, məktəbə, universitetə göndərir, övladı da kimisə təhqir edir, söyüş söyürsə, problem yaradırsa, təbii ki, lazımı qaydada cavabını alır. Canlıda bizə "sizə şram atarıq" deyildi, biz də cavab olaraq, "biz şram atarıq" dedik. Kim bizə şram ata bilər ki? Video da məhz həmin hissədən götürülüb paylaşılıb".
Oxşar xəbərlər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Azərbaycanın etibarlı mövqeyi İlham Əliyevin uğurlu çoxvektorlu siyasətinin nəticəsidir - RƏY













