Azərbaycan və Çex arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Çex Respublikasının Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə nazir müavini Fariz Rzayev, Çexiya nümayəndə heyətinə isə Çex Respublikasının nazir müavini Mariya Çatardova rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar nəzərdən keçirilib. Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı, eləcə də namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yetiriblər.
Tərəflər regional və beynəlxalq gündəliyin aktual məsələləri barədə də fikir mübadiləsi aparıblar. Bu çərçivədə, Azərbaycan-Ermənistan normallaşma prosesi və davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Görüş çərçivəsində Azərbaycan–Çexiya münasibətlərinin qarşılıqlı maraq və etimad əsasında daha da inkişaf etdirilməsinin, siyasi dialoqun və müntəzəm təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq













