Oskar Piastri: "Bakıdakı "Formula 1" yarışı həmişə maraqlı olub"
Far.Az xəbər saytı

Oskar Piastri: "Bakıdakı "Formula 1" yarışı həmişə maraqlı olub"


Bakıdakı "Formula 1" yarışı həmişə maraqlı olub.

"Far.Az"un məlumatına görə, bu barədə "Maklaren" pilotu Oskar Piastri mətbuat konfransında deyib.

O, Bakıda baş tutacaq Qran-pridən əvvəl fikirlərini bölüşüb:

"Burada mübarizə aparmaq mənim üçün həmişə maraqlı olub. Küçə trasları arasında belə kombinasiya kifayət qədər çox deyil. Çox sayda sərt əyləclənmə zonaları var. Həftəsonu müəyyən irəliləyiş əldə etməyə çalışacağam. Müxtəlif şeyləri də sınaqdan keçirməyi planlaşdırıram. Amma hər halda yerimizdə saymaq da istəmirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Lakin istədiyimiz yerdə deyilik".

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.

Oxşar xəbərlər

Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bəlli olub
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib
"Formula 1": Maks Ferstappen liderliyini davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər