Bakıda söküntü zamanı təklif edilən kompensasiya - RAYONLAR ÜZRƏ MƏBLƏĞ
Far.Az xəbər saytı

Bakıda söküntü zamanı təklif edilən kompensasiya - RAYONLAR ÜZRƏ MƏBLƏĞ


Bakıda söküntü işləri zamanı mənzillərə görə kompensasiya məbləğinin müəyyənləşdirilməsi bir neçə üsulla həyata keçirilir.

BAKU.WS-in məlumatına görə, bu məbləğ bəzi hallarda Nazirlər Kabineti yanında müvafiq komissiyanın qərarı ilə, bəzi hallarda investorla sakin arasında qarşılıqlı razılaşma əsasında, digər hallarda isə satınalma proseduru nəticəsində müəyyən olunur.

Müvafiq komissiya tərəfindən müəyyən edilən məbləğlər əsasən konkret söküntü layihələri üzrə tətbiq olunur.

Digər üsul isə investorla bina sakinləri arasında birbaşa razılaşmanın əldə olunmasıdır. Bu halda qiymət müxtəlif amillər nəzərə alınmaqla müəyyənləşdirilir və tərəflərin qarşılıqlı razılığı əsas götürülür. Üçüncü variantda isə satınalma proseduru həyata keçirilir. Bunun üçün müvafiq satınalma elan edilir və müsabiqədə qalib gələn qiymətləndirmə şirkəti ərazidəki daşınmaz əmlakın dəyərini müəyyənləşdirir.

Mövcud qiymətləndirmələrə əsasən, Bakı rayonları üzrə kompensasiya məbləğləri ərazidən asılı olaraq ciddi şəkildə dəyişir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS- bildirib ki, Binəqədi rayonunda ilkin qiymətləndirmələrə əsasən, kompensasiya məbləğləri təxminən 1 300 manatdan 2 500 manatadək dəyişir:

"Lakin bu rəqəmlər rayonun bütün ərazilərinə şamil edilmir. Bir sıra ərazilərdə qiymətləndirmə hələ aparılmadığından həmin yerlər üzrə yekun məbləğ barədə danışmaq mümkün deyil.

Digər rayonlar üzrə kompensasiya məbləği təxminən bu qiymətlər aralaığında dəyişir: Yasamal rayonu 2 300 - 2 700 manat, Nərimanov rayonu 2 300 - 3 000 manat, Səbail rayonu 1 500 - 2 500 manat..

Xətai rayonunda ilkin hesablamalara görə, məbləğlərin təxminən 1 500-2 500 manat və daha yüksək aralıqda müəyyənləşdirilməsi mümkündür. Ərazisinin böyük olması səbəbindən Sabunçu rayonunda qiymətlər müxtəlifdir. İlkin qiymətləndirmələrdə təxminən 1 300-1 500 manat aralığı qeyd olunur. Bununla yanaşı, rayonun daha mərkəzi və əlverişli ərazilərində kompensasiya məbləğinin 1 800-2 000 manata qədər yüksəlməsi mümkündür.

Suraxanı rayonunda isə ilkin qiymətləndirmələrə əsasən, kompensasiya məbləğlərinin təxminən 1 100-1 800 manat aralığında formalaşacağı ehtimal edilir. Pirallahı rayonunda bu məbləğin təxminən 1 000-1 350 manat arasında olduğu bildirilir.

Nəsimi rayonu üzrə isə qiymətləndirmələrin tam yekunlaşmadığı ərazilər var. Buna görə də burada bütün rayon üçün vahid kompensasiya məbləği müəyyənləşdirmək mümkün deyil. Lakin ümumi olaraq qiymətlər 2 000-3 000 manat arasında dəyşir".

AQC sədrinin sözlərinə görə, diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, sadalanan rəqəmlər dövlət tərəfindən bütün sakinlərə veriləcək vahid kompensasiya məbləği kimi qəbul edilməməlidir:

"Bunlar qiymətləndirici şirkətlərin müxtəlif ərazilər üzrə apardığı və ya gözlənilən qiymətləndirmələr əsasında formalaşan təxmini göstəricilərdir.

Konkret məbləğ hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparıldıqdan sonra müəyyən edilir. Bu zaman ərazinin yerləşməsi, daşınmaz əmlakın xüsusiyyətləri, həmin ərazidə formalaşmış orta bazar qiymətləri və digər amillər nəzərə alınır".

Orxan Hüseyn

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər