MKA: ".az" domenlərinə qarşı "defacement" hücumları qeydə alınıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) apardığı monitorinq zamanı ".az" domen zonasında bir-birinə oxşar xüsusiyyətlərə malik çoxsaylı veb-sayt "defacement" (veb-saytın icazəsiz dəyişdirilməsi) hadisələri müəyyən edib.
"Far.Az" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, araşdırma zamanı eyni gündə 22 ".az" domenini "Xscyth3" adlı kiberdələduzun "deface" etdiyi müşahidə olunub.
Hədəfə alınan domenlərin böyük hissəsi turizm, tur operatorluğu, transfer, fərdi və qrup turları, eləcə də Bakı və Azərbaycanda səyahət xidmətləri ilə bağlı olub.
Hadisələrin eyni vaxtda və oxşar xarakter daşıması onların bir-birindən müstəqil insidentlərdən daha çox ortaq texniki və ya inzibati infrastrukturla əlaqəli ola biləcəyini göstərir. Texniki yoxlama zamanı domenlərin bir hissəsində ortaq qeydiyyat məlumatlarının istifadə edildiyi müəyyən olunub. Belə ki, bəzi domenlər üzrə "info@ati.az" elektron poçt ünvanı və "Azerbaijan Travel International" təşkilat adı müşahidə edilib. Bundan əlavə, 19 domenin "AS47583 / AS-HOSTINGER" şəbəkəsində yerləşdiyi, həmin domenlərdə eyni "ns1.dns-parking.com" və "ns2.dns-parking.com" serverlərinin, eləcə də "hcdn" server göstəricisinin istifadə olunduğu müəyyən edilib.
Qeyd olunan texniki göstəricilər hədəflənən domenlər arasında ortaq infrastruktur və ya idarəetmə əlaqələrinin ola biləcəyini göstərən indikatorlar kimi qiymətləndirilir.
Veb-saytda aşkar edilmiş Web Defacement halı ilə əlaqədar sistemdə mövcud ola biləcək zəifliklərin müəyyən edilməsi məqsədilə təhlükəsizlik auditi və insident araşdırmasının aparılması tövsiyə olunur. Saytın CMS, plagin və digər komponentlərinin aktual versiyalara yenilənməsi, inzibatçı hesablarının parollarının dəyişdirilməsi və çoxfaktorlu autentifikasiyanın (MFA) tətbiq edilməsi məqsədəuyğundur. Eyni zamanda, server və tətbiq loqlarının təhlil edilməsi, aşkar edilmiş zəifliklərin aradan qaldırılması və oxşar halların vaxtında müəyyən edilməsi üçün davamlı təhlükəsizlik monitorinqinin təşkili tövsiyə edilir.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı
-
"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb
-
"Nar" inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib













