Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər – YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır.
"Far.Az" xəbər verir ki, bu fikirləri Türkiyə lideri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə səsləndirib.
Hər iki ölkənin xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyanın da qatıldığı müzakirələrdə Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesində qarşılıqlı addımların atılması məmnuniyyətlə qarşılanıb.
Ərdoğan Ermənistanla beynəlxalq təşkilatlarda inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini deyərək, Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Görüşün təfərrüatları barədə hələ məlumat açıqlanmayıb.
Cumhurbaşkanımız Sayın @RTErdogan, Birleşmiş Milletler (BM) 81. Genel Kurulu vesilesiyle bulunduğu New York’taki temasları kapsamında Ermenistan Başbakanı Nikol Paşinyan ile bir araya geldi. pic.twitter.com/sO4SP3VqC6
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) September 23, 2026
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında
Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib – YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













