Metroda qatarların gecikmə problemi necə həll olunacaq? - AÇIQLAMA
Far.Az xəbər saytı

Metroda qatarların gecikmə problemi necə həll olunacaq? - AÇIQLAMA


"Bu ilin noyabr ayında istifadəyə veriləcək metronun "Həzi Aslanov" stansiyasının dönmə kamerası "qırmızı" xətt üzrə hərəkəti intensivləşdirəcək".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.

Metroda qatarların gecikmə problemi necə həll olunacaq? - AÇIQLAMA

O bildirib ki, dönmə kamerası istifadəyə veriləndən sonra "qırmızı xətt" üzrə qatarların intervalının daha da azaldılması gözlənilir:

"Hazırda "qırmızı xətt" üzrə qatarların intervalı azaldılıb. Dönmə kamerası istifadəyə veriləndən sonra interval bir az da azaldıla bilər.

Dönmə kamerasının daha bir üstünlüyü ondan ibarətdir ki, bu xətt üzrə hər hansısa bir qatarda nasazlıq yaranarsa, Həmin qatar dərhal dönmə kamerasına yola salınacaq və digər yolla başqa qatar dərhal xətti buraxılacaq, intervallarda gecikmə olmayacaq".

Oxşar xəbərlər

FHN metroda birgə təlim keçirib
FHN metroda təlim keçirib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər