Yaponiyada qasırğadan sonra təxminən 17 min ev və mənzil elektrik enerjisiz qalıb
Tokionun yaxınlığında yerləşən Çiba və Kanaqava prefekturalarında "Dujuan" qasırğasının fəsadları səbəbindən təxminən 17 min yaşayış evi və mənzil elektrik enerjisiz qalıb.
"Report" xəbər verir ki, bu barədə regionun ən böyük enerji şirkəti olan "Tokyo Electric Power"ın müvafiq bölməsi məlumat yayıb.
Şirkətdən bildirilib ki, elektrik enerjisinin verilişinin sentyabrın 25-dək bərpa olunması üçün işlər davam etdirilir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət zonasındakı təxminən 600 yaşayış evinə ciddi ziyan dəyib.
Çiba prefekturasında yerli dəmir yolu xətlərinin hərəkətində də fasilələr davam edir. Hakimiyyət orqanları genişmiqyaslı daşqınlardan sonra dəmir yolu yollarının və müvafiq avadanlıqların vəziyyətini yoxlayır.
Qasırğanın yaratdığı fəsadlar nəticəsində 10 nəfər həyatını itirib, daha 4 nəfər isə itkin düşmüş hesab olunur. Ölənlərin əksəriyyətinin torpaq sürüşmələrinin qurbanı olduğu bildirilir.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA













