Tayvan ilk dəfə "Cheetah" zirehli döyüş maşınını sınaq atışlarında nümayiş etdirib
Far.Az xəbər saytı

Tayvan ilk dəfə "Cheetah" zirehli döyüş maşınını sınaq atışlarında nümayiş etdirib


Tayvan Silahlanma İdarəsi adada hazırlanmış "Cheetah" ("Gepard") adlı zirehli təkərli döyüş maşınını ilk dəfə sınaq atışları zamanı nümayiş etdirib.

"Far.Az" xəbər verir ki, bu barədə Taipei Times məlumat yayıb.

Məlumata görə, "Cheetah" zirehli maşınlarının seriyalı istehsalına 2027-ci ildə başlanılması planlaşdırılır.

"Cheetah" Tayvan Silahlanma İdarəsi ilə Çunşan Elm və Texnologiya İnstitutunun birgə layihəsidir. Döyüş maşını 105 millimetrlik top və iki pulemyotla təchiz olunub.

Sınaqlar zamanı "Cheetah" həm hərəkətsiz, həm də hərəkətdə olan hədəflərə qarşı müxtəlif məsafələrdən altı ədəd yüksək partlayış-fuqaslı mərmi ilə atəş açıb. Atışlar həm dayanmış vəziyyətdə, həm də maşın hərəkətdə olarkən həyata keçirilib.

"Cheetah" prototipi ilk dəfə 2023-cü ildə sınaqdan keçirilib. Sınaqların nəticələrinə əsasən, döyüş maşınının konstruksiyasına bir sıra dəyişikliklər edilib. Tayvan hərbçiləri ümumilikdə 178 ədəd "Cheetah" sifariş edib. Maşınların seriyalı istehsalının 2027–2033-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin ümumi büdcəsi 57,07 milyard Tayvan dolları, yəni təxminən 1,8 milyard ABŞ dolları təşkil edir.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bakıda aeroportdan şəhərin mərkəzinə neçəyə getmək olur? - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər