Serbiya qiymət artımının qarşısını almaq üçün dizel ehtiyatlarından istifadə edəcək
Serbiya qiymət artımının qarşısını almaq üçün ehtiyatda olan 20 000 ton dizel yanacağını bazara buraxacaq.
"Far.Az"un xəbərinə görə, Serbiya Prezidenti Aleksandar Vuçiç bunu ölkənin Radio və Televiziyasının efirində açıqlayıb.
O, həmçinin qış dövrünün çətin ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edib.
"Məni narahat edir ki, bizi hansı qış gözləyir, amma məqsədimizi başa düşürük. Biz sabitliyi, sülhü qorumalı və bazara fasiləsiz tədarük təmin etməli, istehlakçıların neft məhsullarına və qaza çıxışını təmin etməliyik. Bu, asan olmayacaq, amma inanıram ki, öhdəsindən gələ bilərik", - Vuçiç deyib.
Serbiya liderinin sözlərinə görə, hakimiyyət orqanları qiymətləri mümkün qədər uzun müddət digər ölkələrə nisbətən aşağı saxlayacaq. Lakin Vuçiç qeyd edib ki, Belqrad öz istehsalının olmaması səbəbindən qlobal neft qiymətlərinə heç bir təsir göstərmir.
O, daha əvvəl Avropanı karbohidrogen və yanacağın qlobal qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləməsi barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib
-
Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var
-
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
-
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
-
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib













