Aİ-Azərbaycan biznes forumunda nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunacaq
Bakıda oktyabrın 21-də VIII Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək və tədbirin əsas mövzusu "Dəhlizlərin birləşdirilməsi: qarşılıqlı əlaqə və infrastruktur" olacaq.
"Far.Az" təşkilatçılara istinadən xəbər verir ki, bu il forumun keçirilməsi Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə, həmçinin 2016-cı ildə Bakıda analoji ilk biznes forumunun keçirilməsindən 10 il ötməsinə təsadüf edir.
Forumda dövlət qurumlarının, Avropa və Azərbaycan biznesinin, ticarət palatalarının, biznes assosiasiyalarının, beynəlxalq təşkilatların və digər müvafiq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Tədbirin proqramına ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə, investisiyaların cəlb edilməsinə, habelə infrastrukturun və nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş yüksək səviyyəli müzakirələr, tematik sessiyalar və B2B görüşləri daxildir.
Forum çərçivəsində bu ilin yanvar-iyul aylarında Avropa şirkətləri arasında aparılmış sorğu əsasında hazırlanmış "Azərbaycanda Aİ-nin investisiya mühiti 2025–2026" adlı məruzənin əsas nəticələrinin təqdim ediləcəyi gözlənilir. Bundan əlavə, iştirakçılara "Azərbaycanda ticarət sektorunun inkişafı: siyasət, məhdudiyyətlər və imkanlar" adlı tədqiqat təqdim olunacaq.
Ötən onillik ərzində Aİ - Azərbaycan Biznes Forumu Avropa və Azərbaycanın işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin inkişafına və yeni investisiya layihələrinin həyata keçirilməsinə kömək edən dialoq platformalarından birinə çevrilib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













