BMT-nin ali komissarı: İqlim dəyişikliyi ən həssas əhali qrupları üçün sərt reallığa çevrilib
Far.Az xəbər saytı

BMT-nin ali komissarı: İqlim dəyişikliyi ən həssas əhali qrupları üçün sərt reallığa çevrilib


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məruzəsi təqdim edilib.

“Far.Az” xəbər verir ki, məruzədə qaçqınların iqlim dəyişikliyi ilə bağlı məsələlərdə ən həssas qruplardan biri olduğu vurğulanır.

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Bakıda hesabatın təqdimatında giriş nitqi ilə çıxış edib.

Ali komissar qeyd edib ki, iqlim dəyişikliyi ən həssas əhali qruplarının həyatına mənfi təsir göstərən sərt reallığa çevrilib.

Onun fikrincə, iqlim böhranı insanların münaqişələr səbəbindən çətin vəziyyətdə olan çoxlu sayda insanın yaşadığı regionlara köçməsinə gətirib çıxarır.

"İqlim həlləri artıq mövcuddur, lakin bizim təcili tədbirlərə ehtiyacımız var. Lazımi resurslar və dəstək olmadan zərərçəkənlər daha çətin vəziyyətə düşə bilərlər", - F.Qrandi bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
BMT-nin Baş katibi: COP29-un uğurlu keçməsi üçün Azərbaycan hökumətini dəstəkləyirəm - MÜSAHİBƏ
Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər