Cəbrayıl sakini: Bura köçəndən sonra fəaliyyətimi daha da genişləndirmişəm
Cəbrayılda şirniyyat məmulatlarının bişirilməsi ilə məşğul olan rayon sakini Ətrabə Mirikişiyeva buraya köçəndən sonra fəaliyyətini daha da genişləndirdiyini söyləyib.
O, bu barədə "Report"un Cəbrayıla ezam olunan əməkdaşına bildirib.
Ətrabə Mirikişiyevanın sözlərinə görə, özünüməşğulluq proqramına qoşulduğu zaman şirniyyat məmulatlarının bişirilməsi üçün müraciət edib:
"Cəbrayıl işğaldan azad ediləndən sonra ilk köçən sakinlərdən biri də mən oldum. Bura qayıtdıqdan sonra məşğulluq üçün müraciət etdim. Əvvəlcə un məmulatları ilə işə başladım, bütün avadanlıqlar verildi. İndi fəaliyyətimi bir az da genişləndirmişəm, artıq qazan yeməklərimiz də olur. Bir növ, biznesimiz genişlənib. Hazırda özümlə bərabər, 4 nəfər çalışırıq. Gələcəkdə işimizi daha da genişləndirəcəyəm".
Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına qoşulan digər Cəbrayıl sakini isə Elbrus Cəfərlidir.
O, bərbər fəaliyyətilə məşğul olduğunu deyib:
"Bura köçəndən sonra məkan və lazımi avadanlıq üçün müraciət etdim. Mənə bərbər fəaliyyəti üçün lazım olan bütün avadanlıqlar verilib. Bu gün də çox gözəl şəraitdə işimi davam etdirirəm".
Cəbrayıl rayonunda Dövlət Məşğulluq Agentliyi tərəfindən fəaliyyətdə olan sahibkarlara öz sahələri üzrə mütəxəssis yetişdirmək üçün dəstək olunur. Hazırda Cəbrayılda fəaliyyət göstərən "Art center Azerbaijan" MMC tekstil şirkətilə birgə ixtisas kursları təşkil edilir.
Bu barədə danışan sexin rəhbəri Aruz Məmmədov bildirib ki, iki ildir Cəbrayılda fəaliyyət göstərirlər:
"Əsas fəaliyyətimiz tekstil və xalçaçılıq sahəsi üzrədir. Dövlət Məşğulluq Agentliyinin dəstəyilə kurslar təşkil edirik. Bu kurslardan sonra istehsala başlayacağıq. Biz burada fəaliyyət göstərdiyimiz 2 il ərzində tekstil sahəsində xeyli peşəkar işçilər yetişdirmişik. Demək olar ki, burada əhalinin məskunlaşdığı ilk günlərdən fəaliyyət göstəririk. İlk vaxtlarda 3-4 mütəxəssisimiz var idi. Artıq onların sayını 10-a çatdırmışıq".
Oxşar xəbərlər
Yuxuların gerçəkləşdiyi gün yetişdi: Növbəti köç karvanları Xocavənd, Şuşa və Cəbrayıla çatıb
Cəbrayılda "Qurban Yarmarkası – Bərəkət Festivalı" keçirildi
Cəbrayılda yeni həyat: azad edilmiş torpaqlarda bərpa və qayıdış davam edir - REPORTAJ
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Cəbrayılda işləmək istəyənlərin NƏZƏRİNƏ! 100-ə yaxın VAKANSİYA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxda açıq ərazidə yanğın baş verib
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat
-
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib













