Sərsəng su anbarı - Qarabağın bərpası və dirçəlişinin simvollarından biri - VİDEO
Sərsəng su anbarı Ağdərə rayonunda, Tərtərçayın üzərində yerləşir. 1976-cı ildə inşa edilən su anbarı əsasən əkin sahələrinin suvarılması və su ehtiyatlarının tənzimlənməsi məqsədilə istifadə olunur. Təxminən 560 milyon kubmetr su tutumuna malik olan Sərsəng su anbarı Qarabağın mühüm su təsərrüfatı obyektlərindən biridir.
İşğal dövründə Sərsəng su anbarına nəzarət edən Ermənistan qüvvələri su ehtiyatlarından Tərtər və ətraf rayonlarının su təminatına təsir göstərmək, həmçinin ekoloji təzyiq yaratmaq üçün istifadə edib. Azərbaycan tərəfi həmin dövrdə su ehtiyatlarından bu cür istifadənin bölgəyə qarşı ekoloji terror siyasətinin tərkib hissəsi olduğunu bildirib.
Hazırda ərazidə su təsərrüfatı infrastrukturunun bərpası və gələcəkdə səmərəli istifadəsi istiqamətində işlər aparılır. Vaxtilə su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadə edilən Sərsəng bu gün Qarabağın bərpası və dirçəlişinin simvollarından birinə çevrilir.
"Report"un əməkdaşları Sərsəng su anbarının füsunkar mənzərəsini lentə alıb. Həmin görüntüləri təqdim edirik:
Video: Mircavid Eminoğlu, Bəşir Əli
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var
-
Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə













