"Kalaşnikov" Bakıda keçiriləcək ADEX 2026 sərgisində yeni avtomatlar təqdim edəcək
Far.Az xəbər saytı

"Kalaşnikov" Bakıda keçiriləcək ADEX 2026 sərgisində yeni avtomatlar təqdim edəcək


Rusiyanın "Kalaşnikov" konserni Bakıda 30 sentyabrdan 2 oktyabradək keçiriləcək ADEX 2026 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yeni qısaldılmış və kiçikölçülü avtomatları, həmçinin "KUB" ailəsinə aid zərbə sursatlarını təqdim edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə konsernin mətbuat xidmətinin məlumatında deyilir.

Sərgidə ilk dəfə 5,45 mm-lik qısaldılmış AK-12K və kiçikölçülü AK-12SK avtomatları, 7,62 mm-lik qısaldılmış AK-15K və kiçikölçülü AK-15SK avtomatları təqdim ediləcək.

Bundan əlavə, konsern Azərbaycanda ilk dəfə "KUB" ailəsinə aid idarə olunan baraj sursatlarını - "KUB-2-E", "KUB-10E" və "KUB-10ME" nümayiş etdirəcək.

Pilotsuz uçuş aparatları seqmentində "KUB" ailəsindən əlavə, idarə olunan sursatlarla təchiz edilmiş daşınan kəşfiyyat-zərbə sistemi "RUS-PE" və mülki təyinatlı SKAT 350 M pilotsuz uçuş aparatı da sərgilənəcək.

Bundan başqa, "Kalaşnikov" konserninə daxil olan "Triada-TKO" şirkəti ilk dəfə Military Special seriyasından taktiki geyimləri və MRS 1.0 modul boşaltma sistemini təqdim edəcək.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər