Azərbaycanda iş rejimində DƏYİŞİKLİK: Tıxaclara təsir edəcək
Far.Az xəbər saytı

Azərbaycanda iş rejimində DƏYİŞİKLİK: Tıxaclara təsir edəcək


Azərbaycanda çevik və distant iş rejiminin tətbiqi üçün qanunvericilik bazası formalaşdırılıb. Hibrid iş modelinin həm dövlət, həm də özəl sektorda daha geniş tətbiq olunması mümkündür.

Far.Az-in məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanda artıq çevik iş rejiminin müxtəlif formaları tətbiq edilir və bununla yanaşı distant iş imkanlarının genişləndirilməsi istiqamətində də addımlar atılır.

Onun sözlərinə görə, Əmək Məcəlləsinə distant iş rejiminin tətbiqi ilə bağlı dəyişikliklərin edilməsi bu sahədə hüquqi imkanları genişləndirib. Bu isə həm özəl, həm də dövlət sektorunda distant və ya hibrid iş modelindən istifadə etməyə şərait yaradır.

Deputat qeyd edib ki, hibrid iş rejimi beynəlxalq praktikada da geniş yayılıb. Bir sıra inkişaf etmiş ölkələrdə işçilər həftənin müəyyən günlərini evdən, digər günlərini isə ofisdə çalışmaqla keçirirlər.

V.Bayramovun sözlərinə görə, Azərbaycanda xüsusilə özəl sektorda hibrid iş modelinə maraq artır:

"Bunun əsas səbəblərindən biri belə iş rejiminin müəssisələr üçün müəyyən xərclərə qənaət imkanları yaratmasıdır. Ofis və kommunal xərclərin azalması bu modelin tətbiqini şirkətlər üçün daha əlverişli edə bilər.

Hibrid iş rejimi Bakıdakı nəqliyyat sıxlığının azaldılmasına da müəyyən təsir göstərə biləcək. İşçilərin həftənin müəyyən günlərində evdən işləməsi həm ictimai nəqliyyata, həm də şəxsi avtomobillərə olan tələbatın azalmasına səbəb ola bilər.

Yalnız iş rejiminin dəyişdirilməsi paytaxtdakı nəqliyyat problemini tam həll edə bilməz. Bununla yanaşı, hibrid və distant iş imkanlarının genişləndirilməsi pik saatlarda yollardakı sıxlığın müəyyən qədər azalmasına şərait yarada bilər".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər