Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxs müsabiqədə iştirak etmədən bir dəfə dövlət qulluğu vəzifəsinə təyin edilə bilər.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti dövlət qulluğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bunun üçün həmin şəxs dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət göndərərək, tələb olunan sənədləri təqdim etməlidir. Bundan sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur.
Dövlət orqanının rəhbəri həmin şəxsi vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.
Onun stajorluq və sınaq müddəti ərzində qulluq keçməsi və daimi əsaslarla inzibati vəzifəyə təyin edilməsi ilə bağlı məsələlər bu Məcəllənin 29-cu maddəsi (vakant vəzifəyə təyin edilmə) ilə tənzimlənir.
Yardımçı vəzifələrin tutulması müvafiq dövlət orqanı rəhbərinin qərarı əsasında birbaşa təyinat və ya qulluqda yüksəliş əsasında həyata keçirilir.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
-
Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə













