Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Azercell Kinon TV platformasında idmansevərlər üçün yeni "Setanta Sports & TV" paketi istifadəyə verib. Yeni paket futbolun aparıcı Avropa liqaları, Formula 1 yarışları və geniş televiziya məzmununu vahid rəqəmsal abunəlikdə bir araya gətirir.
Paket çərçivəsində istifadəçilər Setanta Sports-un geniş idman kontentinə çıxış əldə edirlər. "Setanta Sports Canlı Yayımları" və Setanta Sports HD 1, Setanta Sports HD 2 telekanalları vasitəsilə LaLiga, İngiltərə Premyer Liqası, Serie A və Formula 1 daxil olmaqla, bir sıra aparıcı idman yarışlarını canlı izləmək mümkündür. "Setanta Live Streams" ilə isə istifadəçilər platformada təqdim olunan canlı yayımlar arasından istədikləri matç və tədbiri seçərək izləyə bilərlər.
"Setanta Sports & TV" paketinin imkanları bununla məhdudlaşmır. Paketə TVnet Sport, Sport TV 1 və Sport TV 2 kanalları, eləcə də 260-dək yerli və xarici telekanal da daxildir.
Beləliklə, Kinon TV qeyd olunan geniş idman məzmununu rəqəmsal formatda vahid abunəlik çərçivəsində təqdim edən ölkənin ilk və yeganə lisenziyalı TV platformasıdır.
İstifadəçilər məzmundan mobil telefon, planşet və digər uyğun cihazlar vasitəsilə istənilən yerdə yararlana bilərlər. Xidmətdən istifadə üçün əlavə avadanlıq, ayrıca abunəlik və ya ənənəvi televiziya bağlantısı tələb olunmur.
"Setanta Sports & TV" paketinin aylıq abunə haqqı 10,99 AZN-dir. Paketə qoşulmaq üçün mobil telefondan *999#YES kodunu yığmaq kifayətdir. Daha sonra təqdim olunan istifadəçi adı və şifrə ilə Kinon tətbiqinə daxil olaraq xidmətdən istifadə etmək mümkündür.
Azercell Kinon TV platformasında təqdim olunan məzmunu mütəmadi olaraq genişləndirərək abunəçilərinə daha zəngin və çevik rəqəmsal əyləncə imkanları təqdim etməyə davam edir.
Kinon TV haqqında ətraflı məlumat: www.kinon.tv
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
"LaLiga Dining & Lounge" Musabəyov parkında şəbəkənin ilk "park-side" məkanını açdı
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













