Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
"Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycan üçün həm iqtisadi, həm də sosial baxımdan böyük perspektivlər vəd edir. Bu istiqamətdə 2027–2030-cu illəri əhatə edən dövlət proqramının həyata keçirilməsi və ilkin mərhələdə 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur".
Far.Az-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycan zəngin təbii ehtiyatlara malik ölkədir. Hələ tam araşdırılmamış yataqların, qiymətli və yarımqiymətli daşların, eləcə də müxtəlif dağ-mədən məhsullarının mövcudluğu bu sahənin gələcəkdə daha da genişləndirilməsi üçün imkan yaradır:
"Bu potensialdan səmərəli istifadə həm dövlət büdcəsinə əlavə gəlirlərin cəlb olunmasına, həm də yeni iş yerlərinin yaradılmasına imkan verə bilər.
Sahənin inkişafında əsas məsələlərdən biri kadr hazırlığıdır. Geoloqlar, dağ-mədən mühəndisləri, texnoloqlar, geofiziklər, laboratoriya mütəxəssisləri, avtomatlaşdırma və elektrik mühəndisləri, həmçinin əməyin təhlükəsizliyi və ekoloji risklərin idarə olunması üzrə peşəkarların hazırlanmasına ehtiyac var. Mövcud kadr potensialı qorunmaqla yanaşı, yeni nəslin bu sahəyə cəlb edilməsi və beynəlxalq standartlara cavab verən mütəxəssislərin yetişdirilməsi vacibdir.
Dağ-mədən sənayesi ağır əmək və xüsusi iş şəraiti tələb etdiyindən bu sahədə çalışanlar üçün yüksək əməkhaqqı, əlavə sosial güzəştlər və əmək şəraitinə uyğun təminatlar nəzərdə tutulmalıdır. Belə stimullar gənclərin bu ixtisaslara marağını artıra bilər".
AQC sdəri əlavə edib ki, ən mühüm məqamlardan biri yeni iş yerlərinin əsasən regionlarda yaradılmasıdır:
"Bu, dağ-mədən sənayesinin inkişafını bölgələrin sosial-iqtisadi inkişafı ilə birbaşa əlaqələndirir. Çünki bu sahənin genişləndirilməsi yeni istehsal sahələrinin, xidmətlərin və əlavə məşğulluq imkanlarının yaranmasına şərait yarada bilər.
Azərbaycanın müxtəlif bölgələrində dağ-mədən ehtiyatlarının araşdırılması üçün geniş imkanlar mövcuddur. Yeni yataqların aşkarlanması və onların dünya bazarına çıxarılması ölkənin ixrac potensialını da artıra bilər.
İlkin mərhələdə nəzərdə tutulan 5 mindən çox daimi iş yeri sonrakı mərhələlərdə daha da arta bilər. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı həm məşğulluğun artırılması, həm regionların inkişafı, həm də dövlət büdcəsinə əlavə gəlirlərin cəlb edilməsi baxımından perspektivli istiqamətlərdən biridir".
Orxan Hüseyn
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













