İlham Əliyev: "Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir"
Far.Az xəbər saytı

İlham Əliyev: "Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir"


Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ərazisinin 100 %-i isə elektrik enerjisi ilə təchiz olunub: "Üstəlik, elektrik enerjisini ixrac edirik".

İlham Əliyev qeyd edib ki, ölkədə dəmir yolu xətləri çəkilir, Bakı Beynəlxalq Dəniz Limanı genişləndirilir: "Yəni Azərbaycanda daxili infrastrukturla vəziyyət yaxşıdır. İnvestorlara transmilli maraqlara xidmət edən infrastruktur layihələri maraqlı ola bilər".

Oxşar xəbərlər

Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər