İlham Əliyev: "Azərbaycanın bütün qonşuları ilə münasibətləri aydın və proqnozlaşdırıla biləndir"
Qonşularla yaxşı və proqnozlaşdırıla bilən münasibətlər Azərbaycanın tranzit ölkəsi kimi inkişafının şərtlərindən birinə çevrilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
"Bizim qonşularımızla və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərimizin olması zəruri idi. Əks halda, açıq dənizə çıxışı olmayan bir ölkə olaraq nə qədər çalışsaq da, uğur qazanmaq qeyri-mümkün olardı", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın bütün qonşuları ilə münasibətləri aydındır və daha vacibi isə proqnozlaşdırıla biləndir.
İlham Əliyev qeyd edib ki, tranzit daşımalarının inkişafı üçün ölkəyə ilk növbədə fiziki infrastruktur yaratmaq tələb olunurdu: "Azərbaycan dəmir və avtomobil yollarına, dəniz limanlarına və hava yük daşımalarına böyük vəsaitlər yatırıb. Hazırda dəmir yollarının 60 %-i elektrikləşdirilib və bu iş davam etdirilir. Ölkənin bütün qonşuları ilə dəmiryolu əlaqəsi, eləcə də inkişaf etmiş daxili şəbəkəsi var".
Prezidentin sözlərinə görə, Azərbaycan əvvəlcədən elə şərait yaradırdı ki, yükgöndərənlər onun ərazisindən keçən marşrutu seçsinlər: "Söhbət həm fiziki infrastrukturdan, həm də bərələrdən istifadəni əhatə edən multimodal daşımalar üçün inzibati şərtlərdən gedirdi.
Bu iş hələ indiki geosiyasi dəyişikliklərdən əvvəl aparılırdı. Beş il əvvəl ənənəvi təchizat zəncirlərinin pozulmasını hətta təsəvvür etmək belə çətin idi".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
"Şikayətimizi eşidən yoxdur, zülm çəkirik" - Nərimanovdan ŞİKAYƏT
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
İşimizi şansa buraxmayaq!













