İrandan Rusiyaya 52 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.
"Report" komitəyə istinadən xəbər verir ki, Astara gömrük postunda İrandan Rusiyaya "şaftalı" yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.
Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 104 ədəd "şaftalı" formalı qablaşdırmada xalis təmiz çəkisi 51 kq 906 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kartof yükündə gizlədilən külli miqdarda dərmanın ölkəyə gətirilməsi qarşısı alınıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
"Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













