XİN rəhbəri: Azərbaycan 16 ölkəyə qaz tədarükçüsü kimi dünyanın aparıcı tədarükçülərindəndir
Azərbaycan 16 ölkəyə etibarlı təbii qaz tədarükçüsü kimi, boru kəməri ilə qaz təchizatı üzrə dünyanın aparıcı tədarükçüləri sırasında yer alır və Avropada və onun sərhədlərindən kənarda enerji təhlükəsizliyinin gücləndirilməsi və təchizat marşrutlarının şaxələndirilməsində strateji rol oynayır.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışında deyib.
Nazir vurğulayıb ki, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi zaman keçdikcə onun təmiz enerjiyə keçid prosesindəki artan rolu ilə daha çox tamamlanır: "Biz bərpa olunan enerjiyə sərmayə yatırır, mühüm günəş və külək enerjisi layihələrini istismara verir, hidroenerji potensialını genişləndirir və aparıcı beynəlxalq tərəfdaşlarla birlikdə yeni təmiz enerji təşəbbüslərini inkişaf etdiririk. Artıq imzalanmış sazişlər 2030-cu ilə qədər təxminən 6 QVt həcmində əlavə günəş və külək enerjisinin yaradılmasını nəzərdə tutur.
2030-cu ilədək Azərbaycanın elektrik enerjisinin təxminən 40%-nin bərpa olunan enerji mənbələrindən alınacağı gözlənilir.
Bərpa olunan enerji istehsalının genişləndirilməsi Azərbaycan üçün Avropa bazarlarına yaşıl elektrik enerjisi ixracı baxımından yeni imkanlar yaradacaq".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Azərbaycanlı aparıcı ailə qurdu













