Anar Quliyev: "Bakı Ağ Şəhər" layihəsi investisiya üçün yeni imkanlar yaradır"
"Bakı Ağ Şəhər" layihəsi şəhərsalma və investisiya üçün yeni imkanlar yaradır.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, "Bakı Ağ Şəhər" layihəsi ətraf mühitin sağlamlaşdırılması və keçmiş sənaye ərazisinin inkişafının böyük şəhərsalma və investisiya potensialını necə reallaşdıra biləcəyinə dair bariz nümunədir: "Tarixən "Qara Şəhər" kimi tanınan bu ərazi bir əsrdən çox müddət ərzində sənaye fəaliyyəti və neft hasilatının təsirinə məruz qalmışdı. Ətraf mühitin sağlamlaşdırılması və hərtərəfli yenidənqurma vasitəsilə bu ərazi yaşayış, kommersiya, mədəniyyət, istirahət və ictimai zonaları özündə birləşdirən müasir, qarışıq istifadəli şəhər məhəlləsinə çevrilir".
O əlavə edib ki, bu, şəhərin bərpasının bir neçə səviyyədə dəyər yarada biləcəyini göstərir: "Ətraf mühitin bərpası torpaqları geri qaytarır və şəhər mühitini yaxşılaşdırır, yenidənqurma yeni iqtisadi fəaliyyətlər yaradır, inteqrasiya olunmuş planlaşdırma isə investisiya, mənzil, xidmət və ictimai həyat üçün yeni imkanlar açır".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb













