Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb - YENİLƏNİB


Hindistan ilə Nepalda daşqınlar və torpaq sürüşmələri nəticəsində 70 nəfər həlak olub, 11 nəfər itkin düşmüş sayılır.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, sentyabrın 25-dən 27-si səhərədək Hindistanın şimalındakı Uttar-Pradeş ştatına norma 7,6 mm olduğu halda, 66,5 mm yağıntı düşüb. Hindistanda ölənlərin sayı 56 nəfərə çatıb, 46 nəfər xəsarət alıb, 1000-dən çox evə ziyan dəyib.

Nepalın Energetika Nazirliyinin məlumatına görə, Mananq, Mustanq, Myaqdi və Baqlunq dairələrində elektrik enerjisinin verilişi tamamilə pozulub. Son hesabata əsasən, əlverişsiz hava şəraiti nəticəsində 14 nepallı həlak olub.

Şiddətli yağışlar və tufanlar Hindistanın bəzi rayonlarında, həmçinin qonşu ölkə olan Nepalda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub, nəticədə 19 nəfər ölüb, 10 nəfər itkin düşüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, Hindistanın Uttar-Pradeş ştatında son 48 saat ərzində 15 nəfər həlak olub, beş nəfər yaralanıb. Yağışlar və leysan 63 dairəyə təsir edib, 117 evə ziyan dəyib.

Nepalda Baqlunq rayonunun Nişi-Xola kəndində torpaq sürüşməsi nəticəsində dörd nəfər həlak olub. Həmçinin qeyd edilir ki, şimaldakı Mananq rayonunda 7126 metr hündürlükdə yerləşən Ximlunq dağındakı düşərgə qar uçqununun altında qalıb, alpinistlər üçün çadır quran 10 nepallı işçi itkin düşüb. Rəsmilərin məlumatına görə, daşqınlar və torpaq sürüşmələri Nepalın bəzi rayonlarında telekommunikasiyaların və 40 meqavat gücündəki su elektrik stansiyasının fəaliyyətinə təsir edib.

Nepal hakimiyyəti əsas çaylarda və onların qollarında suyun səviyyəsi artmaqda davam etdiyi üçün ölkənin 77 rayonundan 49-da qəfil daşqınların baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Hindistan və Nepalda əlverişsiz hava şəraiti 19 nəfərin həyatına son qoyub
Nepalda daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər