Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
Far.Az xəbər saytı

Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur


İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir.

"Far.Az" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar".

M.Pezeşkian qeyd edib ki, ABŞ və İsrail İranın öz gücünə arxalanmasına mane olmağa çalışır, lakin Tehran ölkənin və onun əhalisinin inkişafına sərmayə qoymağa davam etmək niyyətindədir.

O, həmçinin bildirib ki, ABŞ və İsrail İran rəhbərliyinin bir neçə gün ərzində devriləcəyini hesab edərək region ölkələrini müharibəyə cəlb ediblər: "İran xalqı ABŞ və İsrailin hücumları qarşısında tab gətirib və öz mövqeyində qalmağa da davam edəcək".

M.Pezeşkian vurğulayıb ki, regional təhlükəsizlik region ölkələri arasında əməkdaşlıq vasitəsilə təmin edilə bilər.

Onun sözlərinə görə, regionun "polis"ə ehtiyacı yoxdur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər