Pakistanın təhlükəsizlik qüvvələri "Fitnə əl-Hindustan"ın beş üzvünü öldürüb
Pakistanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində şiddətli atışma zamanı beş yaraqlını zərərsizləşdirib və 23 girovu azad edib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə hərbi idarədən bildirilib.
Bəyanata əsasən, yaraqlılar şənbə günü Bəlucistan əyalətindəki Kalat yaxınlığında qanunsuz nəzarət-buraxılış məntəqəsi quraraq, pul tələb etmək və əmlakı mənimsəmək məqsədilə insanları qaçırmaq üçün avtomobilləri saxlayıblar.
Hərbçilərin məlumatına görə, öldürülənlər "Fitnə əl-Hindustan" separatçı qruplaşmasının üzvləri olublar.
Pakistanın təhlükəsizlik qüvvələri xüsusi əməliyyat nəticəsində altı yük maşını, üç avtobus və iki minik avtomobili, eləcə də silah, döyüş sursatı və partlayıcı maddələr müsadirə edib. Hərbçilərin sözlərinə görə, onlar qalan yaraqlıları tapmaq üçün ətraf əraziləri axtarışlar aparırlar.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
10 illik proqramı 3 ilə mənimsəmək imkanı
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib
-
Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var
-
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb













