Cəlilabadda payızlıq kartofun yığımı başlayıb
Far.Az xəbər saytı

Cəlilabadda payızlıq kartofun yığımı başlayıb


Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, ayrı-ayrı kəndlərdə bu il payızlıq əkin olaraq 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub.

Fermerlər bildirirlər ki, hazırda məhsulu əkin sahəsindən 40-50 qəpiyə satırlar. Satılan məhsul əsasən paytaxt bazarlarına göndərilir.

Qeyd edək ki, bu il rayonda 2 900 hektar sahədə yazlıq kartof əkilib və 81 740 ton məhsul əldə olunub.

Oxşar xəbərlər

Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Şəmkirdə yığılmış kartofun həcmi açıqlanıb
Cəlilabadda şəkər çuğundurunun yığımı başlayıb, gəmiricilər məhsuldarlığı aşağı salıb
Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb 
Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər