Mirbağır İsayev: "Milli Litva ilə matçda qələbəyə layiq idi"
Azərbaycan millisi UEFA Millətlər Liqasının yeni mövsümündə Litva ilə keçirdiyi ilk matçda (1:1) qələbəyə layiq idi.
Bunu "Far.Az"a açıqlamasında futbol mütəxəssisi Mirbağır İsayev deyib.
O, yığmanın rəqiblə matçdakı oyununu yüksək qiymətləndirib:
"Komanda Azərbaycan adına layiqincə vuruşdu. Ən sevindirici məqam futbolçuların uduzmaq istəməməsi idi. Hesabda geri olsalar da, bir xal qazana bildilər. Mən baş məşqçi Ayxan Abbasova inanıram. Yaradılan ab-hava göstərir ki, o, heyəti psixoloji cəhətdən yüksək səviyyədə hazırlayıb. Əvvəllər bir qol buraxan kimi milli qapısında daha bir neçəsini də görürdü. Bu gün isə futbolçuların meydanın hər qarışı üçün mübarizə apardığını gördük. Həmin qarşılaşmada yığma üç xala layiq idi".
Veteran futbolçu Lixtenşteynlə keçiriləcək görüşlərdə millinin şanslarını dəyərləndirib:
"İnanıram ki, bu rəqiblə hər iki oyunda qələbə qazanacağıq. Bu qarşılaşmalarda qalib gəlmək şansımız 80 faizdir. Dünənki oyun bu sözü deməyə bizi vadar edir. Çünki heyətdə yüksək əhval-ruhiyyə, birlik və hərəkətlilik var. Başda baş məşqçi olmaqla, kollektivə tam inanıram".
Qeyd edək ki, Azərbaycan millisi D Liqasının 2-ci qrupunda növbəti matçını Lixtenşteynə qarşı keçirəcək. Oyun oktyabrın 1-də baş tutacaq.
Oxşar xəbərlər
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
"McDonald"s Azərbaycan" və DSMF şəhid və veteran övladları üçün Novruz bayramı tədbiri təşkil edib
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - YENİLƏNİB-5
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Konfrans Liqası: "Tvente" "Qarabağ"la oyunda üçüncü qolu vurub - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları













