Bu həftə 12 bürcü nələr gözləyir? – Keçmiş sevgilər və pul gündəmdə
Sentyabrın 27-dən oktyabrın 4-dək olan həftədə münasibətlər, maliyyə, keçmişdən qalan məsələlər və şəxsi sərhədlər ön plana çıxacaq.
Far.Az xəbər verir ki, astroloq Hande Kazanovanın proqnozuna görə, oktyabrın 3-də Veneranın Əqrəb bürcündə geriləməsi keçmiş münasibətləri, yarımçıq qalan məsələləri və qısqanclıq mövzusunu yenidən gündəmə gətirə bilər. Marsın Şir bürcünə keçməsi isə daha aktiv və iddialı davranışları gücləndirəcək.
Qoç: Pul, borc və ödənişlərə diqqət yetirmək, şəxsi həyata müdaxilə edən insanlardan uzaqlaşmaq lazım gələ bilər.
Buğa: Ev və ailə məsələləri, eləcə də keçmiş münasibətlər yenidən gündəmə çıxa bilər.
Əkizlər: Dostluqlarla bağlı bəzi həqiqətlər üzə çıxa, iş və ünsiyyət sahəsində hərəkətlilik arta bilər.
Xərçəng: Köhnə münasibətlər və yarımçıq qalan hisslər yenidən xatırlana bilər. Maliyyə məsələlərində tələsməmək tövsiyə olunur.
Şir: Marsın təsiri ilə enerji və fəaliyyət artacaq. Ailə və evlə bağlı köhnə məsələlər də gündəmə gələ bilər.
Qız: Pul və ödənişlər əsas mövzulardan olacaq. Keçmiş söhbətlər və əlaqələr yenidən ortaya çıxa bilər.
Tərəzi: Sosial həyat canlanacaq, maliyyə və borc məsələlərində diqqətli olmaq lazım gələcək.
Əqrəb: Karyera və şəxsi münasibətlər ön plana çıxacaq. Keçmişdən biri ilə bağlı məsələ yenidən gündəmə gələ bilər.
Oxatan: Keçmiş münasibətlərlə bağlı yarımçıq məsələlərə aydınlıq gələ bilər. Səyahət və təhsil də gündəmdə olacaq.
Oğlaq: Ailə məsələləri və ortaq maliyyə ilə bağlı qərarlar önəm qazanacaq.
Dolça: Münasibətlər və tərəfdaşlıqlarda gərginlik yarana bilər. Keçmiş iş əlaqələri yenidən gündəmə çıxacaq.
Balıqlar: İş və gündəlik fəaliyyət sürətlənəcək. Keçmişdən qalan təhsil, iş və hüquqi məsələlərin tamamlanması gündəmə gələ bilər.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bir-biri ilə yola gedən və getməyən BÜRCLƏR
Hande Erçel dünyanın 10 ən gözəl qadınından biri oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Bakıya gəlmək istəyən erməni tankları













