İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
Far.Az xəbər saytı

İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb


İsrailin ABŞ-dəki səfiri Yexiel Leyterin oğlu Neriah Leyter İordan çayının Qərb sahilində İsrail ordusunun nəzarət-buraxılış məntəqəsinə edilən hücum zamanı ağır yaralanıb.

"Report" "The Jerusalem Post"a istinadən xəbər verir ki, ABŞ vətəndaşlığı da olan Neriah Leyter hazırda İsrail ordusunda ehtiyat hərbi qulluqçu kimi xidmət edir.

Hadisə İsrailin Modi"in şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində baş verib. Məlumata görə, avtomobil nəzarət-buraxılış məntəqəsinə çırpılıb. Həmin vaxt postda xidmət aparan Leyter ağır xəsarətlər alıb. O, ağır vəziyyətdə Qüdsdəki xəstəxanalardan birinə çatdırılıb və hazırda tibbi nəzarət altında saxlanılır.

"The Times of Israel"in məlumatına görə, hücum edən şəxs Fələstinin qonşu Beyt-Ur-ət-Taxta kəndindən olan 29 yaşlı Mahmud Məhəmməd Sliman olub və o, hadisə yerində öldürülüb.

"The Jerusalem Post" qeyd edib ki, İsrail səfirinin digər oğlu Moşe Yedidya 2023-cü ildə Qəzza zolağında gedən döyüşlər zamanı həlak olub. Mayor rütbəsində olan Moşe Yedidya İsrail ordusunda bölük komandiri kimi xidmət edib.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər