Zelenski: Ukrayna enerji sahəsində istənilən formatda atəşkəsə hazırdır
Far.Az xəbər saytı

Zelenski: Ukrayna enerji sahəsində istənilən formatda atəşkəsə hazırdır


Ukrayna Rusiya ilə istənilən formatda enerji sahəsində istənilən formatda atəşkəsə hazırdır.

"Report"un məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bunu Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşün yekunlarına əsasən mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Kiyevin niyyətlərini Moskvaya çatdıracaq.

"Biz enerji sahəsində istənilən formada atəşkəsə hazırıq. Yəni, enerji obyektlərinə - istənilən enerji sektoruna, heç bir yerə zərbə endirməyək. Bizim təklifimiz budur. Amerika tərəfinə çox minnətdarıq. Onlar bunu rusiyalılara çatdıracaqlar", - Zelenski deyib.

Ukrayna lideri həmçinin Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu vurğulayıb: "Mən hazıram. İstənilən vaxt, bütün tərəflər hazır olduqdar. Hesab edirəm ki, hamımız mümkün qədər tez hərəkətə keçməliyik"

V.Zelenskinin sözlərinə görə, ABŞ Ukraynaya "Patriot" əleyhinə vasitələrin istehsalına kömək etməyə hazırdır, lakin Vaşinqtondan hələlik konkret cavab alınmayıb.

"Müharibə bu dövrdə davam etsə, qışa hazırlaşmalıyıq. Buna görə də ABŞ-dən dəstək istədik. Onlar bizə kömək etməyə hazırdırlar, amma mən hələ (Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı - red.) konkret cavab almamışam ", - o qeyd edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər