Manatın məzənnəsi ilə bağlı vacib açıqlama - Növbəti ildə...
"Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı manat məzənnəsinin 2017-ci aprel ayından etibarən stabil qaldığını və yaxşı ticarət balansımızın olduğunu bildirib. Milli valyutanın məzənnəsi maliyyə stabilliyinin gücləndirilməsi baxımından vacib meyarlardandır. Bu baxımdan, məzənnə siyasəti makroiqtisadi stabilliyin əsas istiqamətlərindən birinə çevrilib".
BAKU.WS xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib:
Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?
Bəs, növbəti dövrdə manatın məzənnəsi necə dəyişəcək?
Deputat bu kimi suallara aydınlıq gətirib:
"Milli valyutanın məzənnəsinə ən çox təsir göstərən faktor ölkəyə daxil olan valyutanın həcmidir. Neftin dünya bazar qiyməti isə Azərbaycanın tədiyyə balansına ən çox təsir göstərən tarazlıq olaraq qalmaqdadır. Yüksək neft qiymətləri və eləcə də qeyri-neft ixracatındakı artımlar 2026-cı ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun qorunub saxlanmasına imkan yaradıb.
2026-cı ilin ilk 7 ayında Azərbaycan ixracatı nominal ifadədə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20.1 milyard dollara çatıb. Qeyri neft-qaz ixracatında isə daha yüksək artım qeydə alınıb: 2 dəfə. Bu müddətdə Azərbaycan 5.9 milyard dollarlıq qeyr neft-qaz məhsulları ixrac edib. Digər mühüm məqam idxalda azalmanın qeydə alınmasıdır. Azərbaycan idxalı 43 faiz azalaraq 9.8 milyard dollara düşüb.
Bu həmin dövrdə 10 milyard dollardan çox müsbət ticarət saldonun yaranması deməkdir. Göründüyü kimi, 2026-cı ilin geridə qalan aylarında xarici ticarət və eləcə də tədiyyə balansındakı müsbət dinamika valyuta bazarındakı tarazlığı qoruyub saxlamağa imkan yaradıb.
Digər tərəfdən, Mərkəzi Bank dollara tələbin azalması səbəbindən strelizasiya tədbirləri ilə valyuta ehtiyatlarını artıra bilib. 2026-cı ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3.8 milyard dollar artıb. 2025-ci ili 11.5 milyard dollar ehtiyatlar ilə başa vuran Mərkəzi Bankın hazırda 15.3 milyard dollar rezervləri var.
Bu ilin geridə qalan dövründə Mərkəzi Bankın valyuta ehtiyatları hər ay əvvəlki aya nisbətən artıb. Mövcud rəqəmlər valyuta bazarındakı tarazlığı qorumağa imkan yaradır. Bununla belə, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün orta və uzun müddətli dövrdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
-
Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur - 3,7 milyon manatlıq LAYİHƏ













