CAREC proqramına investisiyaların məbləği 60 milyard dolları ötüb
Far.Az xəbər saytı

CAREC proqramına investisiyaların məbləği 60 milyard dolları ötüb


Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının mövcud olduğu 25 il ərzində cəlb edilmiş investisiyaların ümumi məbləği 60,2 milyard ABŞ dolları təşkil edib.

"Report"un Asiya İnkişaf Bankına (ADB) istinadən verdiyi məlumata görə, proqramda iştirak edən ölkələrin sayı 5 təsisçi dövlətdən 11 tərəfdaşa qədər artıb.

Ulan-Batorda keçirilən görüşdə üzv dövlətlərin nazirləri regionda gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən bəyannaməni təsdiqləyiblər. CAREC çərçivəsində həyata keçirilən layihələr nəqliyyat və enerji infrastrukturunun təkmilləşdirilməsinə, həmçinin regional bazarlara çıxış imkanlarının genişləndirilməsinə kömək edib. Növbəti mərhələdə proqram sərhəd-buraxılış məntəqələrinin modernləşdirilməsi, habelə elektrik və rəqəmsal şəbəkələrin inkişafı hesabına ticarət prosedurlarının sadələşdirilməsinə və investisiya axınının stimullaşdırılmasına yönəldiləcək.

2025-ci ilin yekunları üzrə CAREC ölkələri arasında qarşılıqlı ticarətin payı onların ümumi ticarət dövriyyəsinin təxminən 5 %-ni təşkil edib və bu da region daxilində işgüzar əlaqələrin genişləndirilməsi üçün istifadə olunmamış böyük potensialın olduğunu göstərir.

Bu potensialı üzə çıxarmaq məqsədilə ADB CAREC məkanında nəqliyyat infrastrukturu, enerji sektoru, rəqəmsal bağlantı, ticarət, insan kapitalı və şəhər inkişafına qoyulan investisiyaları birləşdirən yeni nəsil iqtisadi dəhlizlər yaradır. ADB 2030-cu ilə qədər 7,5 milyard ABŞ dollarından çox vəsait yönəltmək niyyətindədir və təxminən 3 milyard dollar özəl kapitalı səfərbər etməyi planlaşdırır.

2025-ci ilin əvvəlindən bank artıq təxminən 3 milyard ABŞ dolları məbləğində vəsaitin bölgüsünü həyata keçirib və bu da 2030-cu ilə qədərki dövr üçün nəzərdə tutulan 10 milyard dollarlıq paketin təxminən 30 %-ni təşkil edir. Qeyd olunan vəsaitlər Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistandakı layihələrə yönəldilib. 2026-cı ilin avqust ayına olan məlumata görə, CAREC çərçivəsində investisiyaların ümumi məbləği 60,2 milyard ABŞ dollarına çatıb ki, bunun da 19,9 milyard dolları Asiya İnkişaf Bankı tərəfindən təmin edilib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər