Azərbaycan tezliklə Tbilisidə A sinifli hotel açacaq
"PASHA Holding" sentyabrın sonu - oktyabrın əvvəlində Tbilisidə A sinifli hotel və biznes mərkəzi açacaq.
Bu barədə "Far.Az"a "PASHA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində bildirib.
"Tbilisidə A sinifli yeni mehmanxana kompleksinin və biznes mərkəzinin açılışı cari ayın sonu - gələn ayın əvvəlinə planlaşdırılıb. Obyektin rəsmi açılış tarixi yaxın vaxtlarda elan ediləcək. Hazırda işə başlamaq üçün bütün zəruri icazələr alınıb, indi qonaqların rahatlığı üçün tədbirin dəqiq tarixinin razılaşdırılması aparılır", - C.Qasımov bildirib.
Regionda fəaliyyətin gələcəkdə genişləndirilməsi ilə bağlı mümkün planlar barədə sualı cavablandıran icraçı direktor qeyd edib ki, hazırda Gürcüstan paytaxtından kənarda konkret layihələr yoxdur: "Biz Batumidə və Gürcüstanın digər lokasiyalarında development üzrə daxil olan təklifləri nəzərdən keçiririk, lakin yeni obyektlərlə bağlı hələ ki, heç bir konkret qərar qəbul edilməyib. Bütün mövcud diqqətimiz Tbilisidə A sinifli hotel və ofis mərkəzinin işə salınmasına cəmlənib".
Xatırladaq ki, öncəki gün II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində elan edilmişdi ki, "PASHA Holding" MMC Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində qonaqpərvərlik və çoxfunksiyalı kommersiya daşınmaz əmlakı sahəsində yeni investisiya layihəsinə start verməyə hazırlaşır.
Oxşar xəbərlər
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
İdmançılarımız Batumidə rinqə çıxacaqlar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
İşimizi şansa buraxmayaq!
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













