AIIB prezidenti: "Azərbaycan dayanıqlı infrastrukturun formalaşmasına əhəmiyyətli töhfə verir"
Far.Az xəbər saytı

AIIB prezidenti: "Azərbaycan dayanıqlı infrastrukturun formalaşmasına əhəmiyyətli töhfə verir"


Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə əməkdaşlıq dövründə maliyyə institutunun əsas vəzifələrinin həyata keçirilməsində özünü etibarlı və strateji əhəmiyyətli tərəfdaş kimi təsdiqləyib.

"Far.Az"un AIIB-yə istinadən xəbər verir ki, bunu bankın prezidenti Tszou Tszyai (Zou Jiayi) Rəhbərlər Şurasının 12-ci illik toplantısının Bakıda keçirilməsi barədə qəbul edilmiş qərarı şərh edərkən bildirib.

Qeyd edək ki, AIIB Rəhbərlər Şurasının iclası 2027-ci il iyulun 14-15-də Bakıda keçiriləcək.

Dohada keçirilən 11-ci illik toplantı çərçivəsində Qətərin maliyyə naziri Əli bin Əhməd Əl-Kuvari Rəhbərlər Şurasının sədri səlahiyyətlərini rəsmi olaraq Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova təhvil verib.

Bankın prezidenti Azərbaycanın AIIB-nin təsisçi dövlətlərindən biri olaraq regionlararası əlaqələrin gücləndirilməsində və dayanıqlı infrastrukturun formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

"Biz 2027-ci ilin illik toplantısına hazırlıq prosesində Azərbaycanla sıx əməkdaşlığı səbirsizliklə gözləyirik", - T.Tszyai vurğulayıb.

Öz növbəsində M.Cabbarov bildirib ki, 2027-ci ildə AIIB-nin 12-ci illik toplantısına ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəfdir.

"Biz AIIB üzvlərini və tərəfdaşlarını Bakıda salamlamağı səbirsizliklə gözləyirik. Regionları birləşdirən və iqtisadi əməkdaşlığı dəstəkləyən bir ölkə olaraq, Azərbaycan dayanıqlı artımın, innovasiyaların və regional bağlantının təmin edilməsi işinə sadiqdir. İllik iclas infrastrukturun gələcək inkişafı məsələlərində fikir mübadiləsi aparmaq və qarşılıqlı əlaqələri gücləndirmək üçün mühüm platforma olacaq", - iqtisadiyyat naziri bildirib.

Asiya İnfrastruktur İnvestisiya Bankı 2016-cı ildə əməliyyat fəaliyyətinə başlamış çoxtərəfli maliyyə institutudur. Hazırda dünyanın müxtəlif ölkələrindən 111 iştirakçı bankın üzvüdür. AIIB-nin nizamnamə kapitalı 100 milyard ABŞ dollarına çatır.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər