Deputat: "İordaniya ilə vizasız rejim yeni turizm imkanları yaradacaq"
Far.Az xəbər saytı

Deputat: "İordaniya ilə vizasız rejim yeni turizm imkanları yaradacaq"


Azərbaycan ilə İordaniya arasında vizasız rejim yeni turizm imkanları yaradacaq.

"Far.Az" xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında viza rejiminin ləğv edilməsi Azərbaycan pasportunun daha da güclənməsinin göstəricisidir: "Viza prosedurlarının aradan qaldırılması iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq, yeni turizm marşrutlarının formalaşdırılması və turizm şirkətləri arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə mühüm tərəfdaşlardan biridir. Eyni zamanda, Azərbaycan da İordaniya vətəndaşları üçün zəngin mədəni irsi, təhlükəsizliyi, müasir turizm infrastrukturu və müxtəlif turizm imkanları ilə cəlbedici istiqamətdir. İnanıram ki, bu saziş qarşılıqlı turist səfərlərinin artmasına, xalqlarımızın bir-birini daha yaxından tanımasına və insanlar arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək".

Xatırladaq ki, bu gün Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"i təsdiq edib. Sənədə əsasən, Azərbaycan vətəndaşları 90 gün İordaniyada vizasız qala biləcəklər.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər