Pərviz Şahbazov: "Yunanıstana 8 ayda təxminən 700 milyon kubmetr Azərbaycan qazı nəql olunub"
Far.Az xəbər saytı

Pərviz Şahbazov: "Yunanıstana 8 ayda təxminən 700 milyon kubmetr Azərbaycan qazı nəql olunub"


Azərbaycan Hökuməti ilə Yunanıstan Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou ilə Afinada ikitərəfli görüş keçirib.

"Far.Az" xəbər verir ki, bu barədə P. Şahbazov sosial şəbəkəsindəki səhifəsində bildirib.

Görüş zamanı Azərbaycan ilə Yunanıstan arasında enerji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri geniş şəkildə müzakirə edilib.

Cənub Qaz Dəhlizinin hər iki dövlət arasında enerji sahəsində əməkdaşlığın strateji təməlini formalaşdırdığı xüsusi olaraq diqqətə çatdırılıb. Trans-Adriatik Boru Kəmərinin (TAP) Azərbaycan təbii qazının Yunanıstan və digər Avropa bazarlarına nəql edilməsindəki əhəmiyyəti, eləcə də Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) təchizat marşrutlarının diversifikasiyasında və regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsində oynadığı rol vurğulanıb.

Nazir bildirib ki, cari ilin ilk səkkiz ayı ərzində Yunanıstana təqribən 700 milyon kubmetr həcmində Azərbaycan qazı ixrac edilib.

Görüşdə eyni zamanda bərpa olunan enerji, elektrik enerjisi bağlantıları və "yaşıl enerji" keçidi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Azərbaycanın Xəzər dənizində mövcud olan böyük külək enerjisi potensialı, həyata keçirilən günəş və külək enerjisi layihələri, habelə yaşıl enerjinin Avropa bazarlarına ixracına dair təşəbbüslər barəsində ətraflı məlumat təqdim olunub. Tərəflər enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanlarını birlikdə nəzərdən keçiriblər.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Luka Skiepatti: "TAP-ın infrastrukturunun hidrogen nəqlinə hazırlığı yoxlanılır" - MÜSAHİBƏ
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Luka Skieppati: "Avropa bazarının Azərbaycan qazına marağı yüksək olaraq qalır" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər