"Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit" vədi ilə dələduzluq etməkdə təqsirləndirilən şəxs saxlanılıb
"Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit" vədi ilə dələduzluq etməkdə təqsirləndirilən şəxs saxlanılıb.
Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakıda avtomobillərin sərfəli şərtlərlə kreditə satılması barədə sosial şəbəkədə yerləşdirilən elan vətəndaşların aldadılması ilə nəticələnib. "TikTok"da yaradılan avtosalon səhifəsində müxtəlif markalı avtomobillərin ucuz qiymətə, ilkin ödənişsiz və yalnız şəxsiyyət vəsiqəsi əsasında kreditlə satıldığı bildirilib.
Elanlarla maraqlanan vətəndaşlar səhifənin mesaj bölməsi vasitəsilə əlaqə saxlayaraq avtomobillər barədə məlumat alıblar. Daha sonra onlara beh və ilkin ödəniş adı ilə müxtəlif məbləğlər göndərmək təklif olunub.
Avtomobil almaq ümidi ilə göstərilən bank kartına pul köçürən şəxslər isə qısa müddət sonra ya səhifə tərəfindən bloklanıb, ya da zəng və mesajlarına cavab verilməyib.
Aldadıldıqlarını anlayan vətəndaşlar bu barədə polisə müraciət ediblər.
Polisin keçirdiyi tədbirlərlə dələduzluq edən N.Əlizadə müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Daxili kreditlə mənzil arzulayanlara əla təklif: Nərimanovda mənzillər yenidən daxili kreditlə satışdadır - "Kristal!"
Kartdan-karta pul köçürənlərin DİQQƏTİNƏ - Aprelin 1-dən bu qədər pul tutulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













