Azərbaycanın Ermənistana builki ixracının dəyəri 24 milyon dollara yaxınlaşıb
Far.Az xəbər saytı

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 24 milyon dollara yaxınlaşıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Ermənistana 23 milyon 699 min ABŞ dolları dəyərində mal ixrac edib.

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən bildirilib.

10 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 96,5 min ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Xatırladaq ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 29,05 % artıb, idxal isə 20,6 % azalıb.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər