Havalar soyuq keçərsə, istilik 15 gün tez veriləcək? - RƏSMİ CAVAB
Payız aylarında havaların temperaturunun kəskin aşağı düşməsi istilik mövsümünün başlanma tarixini yenidən gündəmə gətirir. Xüsusilə gecə saatlarında temperaturun aşağı düşməsi ilə əlaqədar vətəndaşlar mənzillərin nə vaxt qızdırılacağı və istilik mövsümünün müəyyən edilən tarixdən daha əvvəl başlayıb-başlamayacağı ilə maraqlanırlar.
Bəs havaların gözləniləndən daha soyuq keçməsi istilik sistemlərinin 15 gün əvvəl işə salınmasına səbəb ola bilərmi?
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı Far.Az-in sorğusuna cavab olaraq bildirib ki, Bakıda istilik mövsümü 15 noyabr-15 aprel, Qaydalarda ayrıca göstərilən əsasən hava şəraiti daha soyuq olan dağlıq ərazilərdə isə 1 noyabr-1 may tarixlərini əhatə edir:
"Qaydalar havanın temperaturu və mövsümə hazırlıq tələbləri nəzərə alınmaqla başlanma tarixinin dəyişdirilməsinə imkan verir. Lakin mövcud normalara görə belə bir zərurət havanın sadəcə ayrı-ayrı günlərdə nisbətən soyuq keçməsi ilə deyil, davamlı və ciddi şəkildə sərtləşməsi ilə təsbit oluna bilər. Belə dəyişiklik müvafiq dövlət orqanlarını məlumatlandırmaqla müəyyən edilir.
Mövsümün başlanması barədə sakinlərə 10 gün əvvəl rəsmi saytımız, media və binaların girişlərində elanlar vasitəsilə məlumat verilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb













